İdmançılarımız Yaponiyada kyokuşin karate üzrə qara kəmər alıblar
Azərbaycan Kyokuşin Karate Federasiyası Beynəlxalq Şinkyokuşin Təşkilatının Yaponiyada keçirilən seminarında iştirak edib.

Komandamız seminara altı nəfər heyətlə qatılıb. Nəticədə 3 nəfər (Mübariz Məlikov, Namiq Vəliyev və Qabil Sayadov) 4-cü dan qara kəmərə, 3 nəfər isə (Əbülfət Hacıyev, Oruc Səfərov və Samir Məmmədov) 3-cü dan qara kəmərə sahib olub.

İdmançılarımızı bu yarışa federasiyanın prezidenti Natiq Heydərov və Beynəlxalq Şinkyokuşin Təşkilatının Azərbaycanda nümayəndəsi 5-ci dan qara kəmər ustası Allahverdi Rüstəmov aparıb.

AZƏRTAC

Xəbər 852 dəfə oxundu.