“Rayo Valyekano”nun hücumçusu “Bakı”da
Bu mövsüm ən azı avroliqaya düşməyi qarşısına məqsəd qoyan “Bakı” klubuə, daha bir transferini gerçəkləşdirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi ispaniyalı hücumçu Serxio Kontreras Pardo ilə razılığa gəlib. Onunla imzalanan müqaviləyə əsasən, futbolçu bir il “Bakı”nın şərəfini qoruyacaq.

Koke ayaması ilə tanınan hücumçu artıq komandanın düşərgəsinə qoşulub. O, 1983-cü ildə Malaqada (İspaniya) anadan olub. Peşəkar futbol karyerasını 2001-ci ildə “Malaqa”nın “B” komandasında başlayıb. Tədricən, əsas heyətdə yer alan Koke 2003-cü ilə qədər doğma şəhərinin klubunda oynayıb.

2004-cü ildə Fransanın iddialı klublarından sayılan “Marsel”ə transfer olunan Kontreras 43 oyunda meydana çıxıb və 6 qola imza atıb.
2006-cı ildə icarə əsasında Portuqaliyanın “Sportinq” klubunun şərəfini qoruyub. Ardından Kokenin Yunanıstan karyerası başlayıb. 2006-2011-ci illər ərzində “Aris” forması geyən forvard 132 oyuna 28 qol vurub.

2011-ci ilin əvvəllərində Amerika Birləşmiş Ştatlarının “Xyuston Dinamo” klubunun heyətində yer alan Koke 7 oyun keçirib. Son mövsüm yenidən İspaniyaya qayıdan hücumçu “Rayo Valyekano” ilə anlaşıb. Burada 5 oyuna çıxan Koke 1 qola imza atıb.


Xəbər 1135 dəfə oxundu.