Stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb
Noyabr 6-da “Şüa” İdman - Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara yekun vurulub. Turnirin bağlanış mərasimində çıxış edən Azərbaycan stolüstü tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, ölkəmizdə beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını, Azərbaycanın ən nüfuzlu idman tədbirlərinin keçirildiyi məkana çevrildiyini qeyd etmişdir. Fazil Məmmədov son illər idmanın stolüstü tennisin növünün inkişafı, keçirilən turnirlər, idmançılarımızın qazandığı uğurlar barədə məlumat vermiş, gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kubokuna qatılmış idmançıları təbrik etmişdir.

Bildirilmişdir ki, yarışda Bakı şəhərinin Tennis İdman Məktəbi, “ Lokomotiv” idman - sağlamlıq mərkəzi, “Neftçi" İdman Klubu, “ Təhsil” İdman Mərkəzi, “ Qarabağ- NN stolüstü tennis idman klubu” və eləcə də Garadağ, Sumqayıt, Balakən, Salyan, Şəki, Şirvan, Şabran, Gədəbəy və Gəncə şəhərlərinin komandaları iştirak etmişdir.

Turnir həm şəxsi, həm də komanda formatında beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib. Turnirin qalibləri 2016-cı ilin iyul ayında Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək gənclər arasında Avropa birinciliyində iştirak edəcək yığma komandanın tərkibinə qatılacaqlar.

Qaliblər aşağıdakı qaydada müəyyənləşib :

Oğlanlar arasında komanda yarışları ( 2001- ci il və azyaşlı )

Bakı Tennis Məktəbi 1-ci yer.

Şabran 2-ci yer

Gəncə 3-cü yer





Qızlar arasında komanda yarışları ( 2001- ci il və azyaşlı )

Şabran 1 -ci yer

Bakı Tennis Məktəbi 2- ci yer

Şəki 3-cü yer

Oğlanlar arasında komanda yarışları ( 1998-2000- ci il təvəllüdlü )

Sumqayıt 1-ci yer

“Təhsil” RİM 2-ci yer

Şirvan 3-cü yer

Qızlar arasında komanda yarışları ( 1998-2000- ci il təvəllüdlü )

“ Qarabağ- NN” stolüstü tennis idman klubu 1-ci yer

Sumqayıt 2-ci yer

Bakı Tennis Məktəbi 3- cü yer

Oğlanlar arasında şəxsi yarışlar ( 2001- ci il və azyaşlı )

Kənan Pənahov ( Bakı Tennis Məktəbi ) 1-ci yer

Sadıq Sadiqov ( Bakı Tennis Məktəbi ) 2-ci yer

Fəxri Abdullayev ( “Lokomotiv” İSM ) 3-cü yer

Qızlar arasında şəxsi yarışlar ( 2001- ci il və azyaşlı )

Zhou Chuyi ( “ Qarabağ- NN” stolüstü tennis idman klubu ) 1-ci yer

Nəzakət Qarayeva ( Bakı Tennis Məktəbi ) 2-ci yer

Fatimə Məmmədli ( 7 saylı İOEUG tennis idman məktəbi ) 3-cü yer

Oğlanlar arasında şəxsi yarışlar ( 1998-2000- ci il təvəllüdlü )

Yusif Qafarlı ( Sumqayıt ) 1-ci yer

Nurlan Həsənov ( Bakı Tennis Məktəbi ) 2-ci yer

Vəzir Allahverdiyev ( Sumqayıt ) 3-cü yer

Qızlar arasında şəxsi yarışlar ( 1998- 2000- ci il təvəllüdlü)

Denq Simenq ( “Qarabağ – NN” stolüstü tennis idman klubu ) 1-ci yer

Məryəm İmanova ( Sumqayıt ) 2-ci yer

Nəzrin Əhmədova ( Sumqayıt ) 3-cü yer

Turnirin qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları , Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim olunub.

Xəbər 863 dəfə oxundu.