Toni Adamsdan İspaniya mətbuatına etiraf: Azərbaycanlı həkimlər həyatımı xilas ediblər
İspaniyanın məşhur “El Mundo” nəşrində İngiltərə futbolunun əfsanəsi, hazırda Azərbaycanın “Qəbələ” klubunun idman direktoru Toni Adamsın müsahibəsi dərc olunub.

Müsahibənin əvvəlində ingilis mütəxəssisin futbolçu və məşqçi kimi fəaliyyətindən bəhs edilir, onun hazırda Azərbaycan çempionatında və Avropa Liqasında çıxış edən “Qəbələ” klubunda çalışdığı qeyd olunur.

Toni Adams müsahibəsində deyib: “Məşq zamanı ağrılar hiss etdim və mənə anginoplastika məsləhət görüldü. Az adam bilir ki, mən az qala ölmüşdüm. Həkim Üzeyir Rəhimov və onun komandası olmasaydı mən indi həyatda deyildim. Onlar mənim həyatımı xilas etdilər”.

AZERTAC

Xəbər 664 dəfə oxundu.