Azərbaycan növbəti ənənəvi şahmat turnirinə ev sahibliyi edəcək
Azərbaycan növbəti ənənəvi şahmat turnirinə ev sahibliyi edəcək.

Noyabrın 8-dən 13-dək Bakıda uşaqlar arasında XIII beynəlxalq şahmat turniri keçiriləcək.

“Gənclik” şahmat klubunun yaradılmasının beş illiyinə həsr edilən bu turnirdə 8 ölkəni – Azərbaycan, Rusiya, ABŞ, Hindistan, Gürcüstan, Fransa, Ukrayna və Litvanı təmsil edən 40-dan çox şahmatçı iştirak edəcək.

“Gənclik” şahmat klubunun direktoru, Azərbaycanın Əməkdar Məşqçisi Gennadi Gelmanın verdiyi məlumata görə, turnir İsveçrə sistemi üzrə keçiriləcək və yeddi turdan ibarət olacaq.

Turnirin sponsorları “McDonalds” və “Bakcell” şirkətləridir. “Bestkom” və “Canon” şirkətləri isə yarışların qaliblərinə və mükafata layiq yerləri tutmuş digər idmançılara mükafatlar və hədiyyələr təqdim edəcəklər.

AZƏRTAC

Xəbər 940 dəfə oxundu.