“Makkabi” ilə oyun “Portu”nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub
Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda “Makkabi” (Təl-Əviv) ilə oyun “Portu”nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

“Portu”nun qalib gəldiyi oyun Kasilyasın turnirdə 91-ci qələbəsi olub. Bununla da, ispaniyalı qapıçı Çempionlar Liqasında ən çox qələbə qazanan futbolçular siyahısında “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi Hernandezə çatıb. Hər iki futbolçu bu göstəricidə birinci-ikinci pilləni bölüşdürür. “Real”ın canlı əfsanəsi Raul Qonzales isə 74 qələbə ilə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, səfərdə “Makkabi”nin qonağı olan “Portu” rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 667 dəfə oxundu.