Moldova yığmasının Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq görüşü üçün heyəti açıqlanıb
Moldova yığmasının Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Moldova yığması Azərbaycana 24 futbolçu ilə gələcək. Baş məşqçi Ştefan Stoyka heyətə qapıçılar İlie Çebanu (“Mordovya”, Rusiya), Aleksey Koşelev (“Şerif”), Artyom Qaydukeviç (“Daçiya”), müdafiəçilər İqor Armaş (“Kuban”, Rusiya), Viktor Qolovatenko (“Sibir”, Rusiya), Ketelin Karp (“Styaua”, Rumıniya), Vitali Bordiyan (“Helios”, Ukrayna), Ştefan Burqiyu, Yon Jardan (hər ikisi “Zimbru”), Simeon Bulqaru (“Daçiya”), Maksim Potırnike (“Şerif”), Vadim Boloxan (“Milsami”), yarımmüdafiəçilər Aleksandr Dedov (“Tırqu-Mureş”, Rumıniya), Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi “Milsami”), Yevgeni Koçuk (“Daçiya”), Aleksandr Vremya (“Zimbru”), Aleksandr Onika, Vadim Ratsa (hər ikisi “Zarya”), hücumçular Nikolay Milinçanu (“Petrolul”, Rumıniya), Radu Qınsar (“Şerif”), Vadim Ambros (“Petrokub-Xınçeşti”), Sergey İstrati (“Saksan”) və Georgi Boqyu (“Zarya”) dəvət edib.

Azərbaycan – Moldova yoldaşlıq oyunu noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 797 dəfə oxundu.