“Bakı-2017” IV İslam Həmrəylik Oyunları bu idman yarışlarının tarixində yeni mərhələ olacaq
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq məsələlərini diqqət mərkəzində saxlamalarından çox məmnunuq. Əminliklə deyə bilərik ki, bu yarış da Bakıda keçirilmiş birinci Avropa Oyunları kimi yüksək səviyyədə təşkil olunacaq. Ümid edirik ki, “Bakı-2017” IV İslam Həmrəylik Oyunları bu idman yarışlarının tarixində yeni mərhələ olacaq.

Bu fikri noyabrın 4-də İslam Həmrəylik İdman Federasiyasının Bakıda keçirilən IX Baş Assambleyasında iştirak edən qurumun birinci vitse-prezidenti Hamad Kalkaba Malboum jurnalistlərə müsahibəsində deyib.

Qonaq bildirib ki, Azərbaycan İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyası kimi mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Burada vacib qərarlar qəbul edildi, mühüm təşkilati məsələlər həll olundu. Həmçinin növbəti Assambleyanın keçirilmə tarixi və yeri dəqiqləşdirildi.

Biz tədbirdə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıqla bağlı hesabatı dinlədik, bu mötəbər tədbirlə bağlı videoçarxa baxdıq. Azərbaycanın bu Oyunlara ciddi hazırlaşmasını yüksək qiymətləndiririk.

Xəbər 703 dəfə oxundu.