Dünya çempionatına yollanacaq ağırlıqqaldıranlarımız bəllidir
19-28-da noyabrda ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldıranlar arasında dünya çempionatı keçiriləcək. Artıq Dünya çempionatına yollanacaq ağırlıqqaldıranlarımız bəllidir.

Məşqçilər heyəti bu yarışda Valentin Xristov (62 kq), Firidun Quliyev, Sərdar Həsənov (hər ikisi – 69 kq), Elxan Əliquluzadə, Əfqan Bayramov (77 kq), İvan Stoitsov (85 kq), Nailxan Nəbiyev, İntiqam Zairov, Rövşən Fətullayev (hər üçü – 94 kq), Dadaş Dadaşbəyli (105 kq), Silviya Angelova (48 kq), Kristina Yovu (53 kq), Boyanka Kostova (58 kq) və Anastasiya İbrahimliyə (69 kq) şans verəcək.

Qeyd edek ki, sözügedən planetin ən güclülərinin mübarizəsi Rio- Yay Olimpiya Oyunlarına lisenziya yerləri verəcək.

Xəbər 767 dəfə oxundu.