İdman dırmanması üzrə hakimlik kursu keçirilib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) tərkibindəki “Clim Baku” dırmanma mərkəzində hakimlik kursu keçirilib. Dərslər idman dırmanmasının çətinlik, boldrinq, sürət növləri üzrə təşkil olunub. Dərslərdə Beynəlxalq İdman Dırmanması Federasiyasının yarışlar üçün ümumi qaydaları tədris edilib.

FAİREX-dən AZƏRTAC-a bildiriblər ki, hakimlik kursunun iştirakçıları imtahanla qiymətləndirilib. Məqbul xal toplayan iştirakçılar federasiyanın növbəti yarışlarında hakim vəzifəsində iştirak edəcəklər. Kursda məqbul nəticə toplaya bilməyən iştirakçılar üçün isə təkrar imtahan keçiriləcək.

Yekunda proqramı uğurla bitirmiş şəxslərə federasiyanın sertifikatları təqdim olunacaq.

Xəbər 689 dəfə oxundu.