Stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilib
Noyabr ayının 2- də Gənclər və İdman Nazirliyinin , Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman – Sağlamlıq Kompleksində 1998 , 2000- 2001- ci il təvəllüdlü və daha azyaşlı gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilib. Yarışda Bakı şəhərinin Tennis İdman Məktəbi , “ Lokomotiv” İSM, “Neftçi “ İdman Klubu , “ Təhsil” RİM , “ Qarabağ- NN stolüstü tennis idman klubu” və Garadağ rayonu UGİM- in , eləcə də Sumqayıt , Balakən , Salyan , Şəki , Şirvan ,Şabran ,Gədəbəy və Gəncə şəhərlərinin komandaları iştirak edirlər. Turnir həm şəxsi , həm də komanda formatında beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Tədbirin təşkilində məqsəd ən güclü tennisçiləri müəyyən etmək və 2016- cı ilin iyul ayında Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək gənclər arasında Avropa birinciliyində iştirak edəcək yığma komanda üzvlərini formalaşdırmaqdır. Yarış noyabr ayının 6 – da başa çatacaq və qaliblərə kubok , diplom və hədiyyələr təqdim ediləcəkdir.

Xəbər 825 dəfə oxundu.