Böyükağa Hacıyev: Finala da çıxa bilərdik
“Neftçi” ardıcıl 3-cü oyununda da qalib gəldi. Bütün futbolçuların çıxışından razı qaldım. Rail Məlikovla, Ruslan Abışovun yoxluğunu, onların əvəzinə meydana çıxmış futbolçular hiss etdirmədilər”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, Antalyada keçirilən Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3-cü yer uğrunda Rusiyanın “Terek” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib:

“Komandamızın start heyətində 7-8 azərbaycanlı futbolçu meydana çıxmışdı. Sonradan şans verdiyim futbolçular da yerli və gənc oyunçular idi. Bu isə o deməkdir ki, “Neftçi”nin gələcəyi möhkəm əllərdədir. Yarışda 3-cü olmağımıza gəlincə, əgər digər qrupda mübarizə aparsaydıq, finala da çıxa bilərdik”.

Xəbər 1023 dəfə oxundu.