“Qalatasaray” klubu “Atletiko” ilə oyuna ciddi itki ilə çıxacaq
Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” (Madrid) ilə oyuna ciddi itki ilə çıxacaq.

Komandanın əsas hücumçularından olan Burak Yılmaz bu vacib oyunu buraxmalı olacaq.

Buna səbəb Burakın Çempionlar Liqasının qrup mərhələsində hazırda “Benfika” ilə keçirilən oyunda sarı vərəqə almasıdır. Sarı vərəqə limitini dolduran forvard qrupun ən vacib görüşlərindən birini kənardan seyr etməli olacaq.

Xəbər 639 dəfə oxundu.