«Ay-ulduzlular»ımız Hindistan millisi ilə qarşılaşacaq
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız fevralın 27-də, Dubay şəhərində Hindistan yığması ilə qarşılaşacaq.

Bu, «ay-ulduzlular»ımızın hindistanlılarla ilk mübarizəsi olacaq.
Qeyd edək ki, millimiz Dubay şəhərində fevralın 24-də Sinqapur, fevralın 29-da isə Fələstin yığması ilə yoxlama oyunu keçirəcək.

Xəbər 1086 dəfə oxundu.