Dünya Çempionatının başa çatmasına 2 tur qaldı
Halkidikidə keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə Dünya Çempionatının başa çatmasına 2 tur qaldı.

9 turdan sonra həmyerlilərimiz arasında ən yaxşı nəticəni 8 yaşadək qızların çempionatında mübarizə paran Səmra Qasımova və 12 yaşlı oğlanların yarışında mübarizə aparan Məhəmməd Muradlı göstərib. Beləki, Səmra Qasımova 9-cu turda Qazaxıstan təmsilçisi Kaldarova Ayaulym üzərində qələbə qazanaraq 7 xalla 3-6-cı yerləri bölüşdürərək əlavə göstəricilərə görə 4-cü pilləyə yüksəlib. Məhəmməd Muradlı isə liderlərdən yarım xal az toplayaraq 7 xalla 6-cı yerdədir.

Bu yaş qrupda mübarizə aparan digər həmyerlimiz Əhməd Əhmədzadə 6.5 xal toplayaraq 13-cü pillədə qərarlaşıb. 10 yaşadək qızlar arasında Ayan Allahverdiyeva 9-cu turda Çinli Yuxin Songa məğlub olub və 6.5 xalla 6-cı yerin sahibidir. Xəzər Babazadə 10 yaşadək oğlanların çempionatında 7 xal toplayaraq 8-ci,Aydın Süleymanlı isə 6.5 xalla 18-ci yerdədir.Gövhər Beydullayeva 12 yaşadək qızlar arasında 12-ci ,Xanım Balacayeva isə 14 yaşadək qızlar arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər 638 dəfə oxundu.