​Azərbaycan Super Liqasının start götürəcəyi tarix açıqlanıb
Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqası noyabrın 6-da start götürəcək. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionatda 6 komanda mübarizə aparacaq.

Bunlar Azərbaycanı Avrokuboklarda təmsil edən "Telekom", "Azərreyl", "Lokomotiv" və "Azəryol"dan başqa, gənclərdən ibarət yığma və Gürcüstanın "Tbilisi" klubudur.

İlk tura saat 15:00-da "Tbilisi" - Gənclər matçı ilə start veriləcək. Bu oyunun ardından açılış mərasimi keçiriləcək. Saat 17:30-da "Lokomotiv" - "Telekom", saat 19:30-da isə "Azərreyl" - "Azəryol" matçları olacaq. Qarşılaşmalar "Azərreyl" İdman Bazasında oynanılacaq.

Xəbər 638 dəfə oxundu.