Ağır atletika üzrə dünya çempionatı keçiriləcək
Noyabrın 19-dan 28-dək ABŞ-ın Hyuston şəhərində ağır atletika üzrə dünya çempionatı keçiriləcək.

Yarışda ölkəmizi Silviya Angelova (48 kq), Kristina Yovu (53 kq), Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), Valentin Xristov (62 kq), Firidun Quliyev, Sərdar Həsənov (hər ikisi 69 kq), Elxan Əliquluzadə, Əfqan Bayramov (hər ikisi 77 kq), İvan Stoitsov (85 kq), Nailxan Nəbiyev, İntiqam Zairov, Rövşən Fətullayev (hər üçü 94 kq) və Dadaş Dadaşbəyli (105 kq) təmsil edəcəklər.

Qeyd edək ki, mundial gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xəbər 1071 dəfə oxundu.