UEFA Çempionlar Liqasında dördüncü turun oyunları keçirilib
Noyabrın 3-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində dördüncü turunun oyunları keçirilib.

A, B, C və D qruplarında yer alan komandalar növbəti oyunlarına çıxıblar.

A qrupunun liderləri “Real” və PSJ komandalarının aktivində 7 xal olduğundan, bu qarşılaşma liderin müəyyənləşməsi baxımından əhəmiyyətli idi.

B qrupunda “Volfsburq” PSV-nin qonağı olub. Hollandiyalılar 2 cavabsız qolla qalib gəlib. “Mançester Yunayted” isə Moskva MOİK-ni qəbul edib.

C qrupunda da liderlə sonuncu pillədəki komandalar qarşılaşıblar. “Atletiko” “Astana” səfərində xal itirib. Qrup üçüncüsü “Qalatasaray” isə “Benfika”ya məğlib olub.

D qrupunda “Yuventus” Mönhenqladbax “Borussiya”sı ilə xalları bərabər bölüb. “Mançester Siti” isə İspaniyada “Sevilya"nı məğlub edib. "Şəhərlilər" qrupdan çıxmağı təmin ediblər.

A qrupu

“Real” (İspaniya) – PSJ (Fransa) - 1:0

Qol: Naço, 35

“Şaxtyor” (Ukrayna) – “Malmö” (İsveç) - 4:0

Qollar: Qladki, 29, Srna, 48, Alves, 55, Teyşeyra, 73

B qrupu

PSV (Hollandiya) – “Volfsburq” (Almaniya) - 2:0

Qol: Lokadia, 56, de Yonq, 86

“Mançester Yunayted” (İngiltərə) – MOİK (Rusiya) - 1:0

Qol: Runi, 79

C qrupu

“Astana” (Qazaxıstan) – “Atletiko” (İspaniya) - 0:0

“Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) - 2:1

Qollar: Conas, 52, Luizao, 67 - Podolski, 58

D qrupu

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Yuventus” (İtaliya) - 1:1

Qollar: Conson, 18 - Lixtştayner, 44

“Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 1:3

Qollar: Tremulinas, 24 - Sterlinq, 8, Fernandinyo, 11, Boni, 36

Xəbər 743 dəfə oxundu.