Neftçinin sablyaçıları Avropa komanda yarışında 3-cü oldular
Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib.

Qitə komandalarının yarışında ölkəmizi “Neftçi İdman Klubu”nun sablyaçıları Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük təmsil edib.

Dörddəbir finalda İngiltərənin “London” klubunu 45:31 hesabı ilə məğlub edən qılıncoynadanlarımız, yarımfinalda Polşanın “Varşava” komandasına məğlub olublar – 40:45. Komandamız Fransanın “Metro” klubu ilə birgə bürünc medalla kifayətlənməli olub.

Xəbər 2225 dəfə oxundu.