Tümendə cüdo üzrə beynəlxalq turnir keçiriləcək
Həftəsonu Tümendə 18 yaşadək oğlan və qızlar arasında cüdo üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.

İkigünlük turnirdə Azərbaycan, Rusiya, Koreya, Monqolustan, Qazaxıstan, Ermənistan, Çexiya, Slovakiya, Yunanıstan, Gürcüstan, Tacıkistan öz iştirakını təsdiq edib.

“Tümen-cüdo” Olimpiya Hazırlığı Mərkəzində keçiriləcək turnirdə 500-dən çox idmançı iştirak edəcək.

Yarışlar oğlanlar arasında 9, qızlar arasında isə 8 çəki dərəcəsində keçiriləcək.

Bu il tədbirin fəxri qonağı rusiyalı cüdoçu, 2012-ci il London Olimpiya Oyunlarının gümüş mükafatçısı, 4 dəfə dünya, 6 dəfə Avropa və 9 dəfə Rusiya çempionu, Dünya Kuboku, Qran-Pri, “Böyük dəbilqə” turnirlərinin qalibi, hərbi qulluqçular arasında 8 dəfə dünya çempionu, klub çempionatları, klub və yığmalar arasında turnirlərin dəfələrlə qalibi və mükafatçısı Aleksandr Mixaylindir.

Maraqlıdır ki, Aleksandr Mixaylin 2011-ci ildə məhz “Tümen-cüdo” kompleksində tatami üzərində mütləq çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanıb, 2013-cü ildə isə Avropa yığmasının heyətində “Asiyaya qarşı Avropa Kuboku” turnirində qalib gəlib.

Xəbər 704 dəfə oxundu.