Əmsallar Şəhriyarı mükafatdan kənar etdi
Cəbəllütariqdə şahmatçılar arasında beynəlxalq turnir başa çatıb. İdman.com.az saytının məlumatına görə, yarışda mübarizə aparan həmyerlimiz Şəhriyar Məmmədyarov (2747) sonuncu turda dünya çempionu çinli Yifan Hou (2605) ilə qarşılaşıb.

Azərbaycanlı qrossmeyster bu dəfə qələbə seriyasını davam etdirə bilməyib və xanım şahmatçı ilə heç-heçə edib.

Nəticədə o, Maykl Adamsla bərabər 7,5 xal toplayıb. Əmsallara görə, təmsilçimiz 4-cü yeri olub. 10 partiyadan ibarət keçirilmiş yarışda qalib adını Naycel Şort qazanıb. İngiltərəli idmançı Şəhriyardan 1 xal çox toplayıb.

Xəbər 1402 dəfə oxundu.