Bakıda İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir
Noyabrın 3-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin iclası işə başlayıb.

İclasda İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin və ISSF-in vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak edirlər.

Tədbirdə Əlaqələndirmə Komissiyasının növbəti iclasının tarixi, görüləcək işlər müzakirə olunur. Həmçinin Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı fikir mübadiləsi aparılır.

Noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyası keçiriləcək.

Xəbər 563 dəfə oxundu.