Sahibkarlığın inkişafına həsr olunmuş rayon seminarı keçirilib
Oktyabrın 31-də Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin inkişafına dəstək” İctimai Birliyinin layihəsinə uyğun olaraq Astara Rayon İcra Hakimiyyəti, Astara Rayon Gənclər və idman İdarəsi ilə birgə sahibkarlığın inkişafına həsr olunmuş “İnnovativ gənc fermerlər” mövzusunda gənclərlə seminar keçirilib.

Tədbiri giriş sözü Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev açıq elan edib. Sonra “Gənclərin inkişafına dəstək” İctimai Birliyinin sədri Murad İbrahimov və təşkilatın təlimatçısı Mobil Pencəliyev mühazirə ilə çıxış edib və gənclərin suallaını cavablandırıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 il ərzində əlavə yoxlamaların dayandırılması və əksər lisenziyaların ləğv edilməsi çox müsbət hal kimi qarşılanıb.

Yekunda Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, aparıcı məsləhətçisi Ələsgər Əsgərov çıxış ediblər.

Xəbər 758 dəfə oxundu.