​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Azərbaycan və Moldova milliləri arasında yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.

Biletləri “28 Mall” Alış-Veriş Mərkəzindən, “Bakcell”in “Sahil” müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.

VIP sektorlara biletlərin qiyməti 10, digər yerlərə isə 1 manatdır.

Xəbər 722 dəfə oxundu.