Şahmat üzrə 7-ci turun oyunları yekunlaşıb
Halkidikidə keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə Dünya Çempionatında 7-ci turun görüşləri yekunlaşıb.

8 yaşadək oğlanların çempionatında mübarizə aparan təmsilçimiz Read Səmədov 7-ci turda Hindistan təmsilçisi Dey Şahillə xalları yarı bölüb və 5 xalla 10-cu pillədə qərarlaşıb. Səmra Qasımova isə eyni yaş qızların yarışında 10-cu yerdədir. 10 yaşlı oğlanların mübarizəsində həmyerlilərimiz Aydın Süleymanlı və Xəzər Babazadə 5 xal toplayraq 24-26-cı yerdədillər. Təmsilçimiz Ayan Allahverdiyeva eyni yaşadək qızların çempionatında 5.5 xal toplayaraq 6-cı pilləyə yüksəlib. Məhəmməd Muradlı aktivinə 5.5 xal yazaraq 12 yaşadək oğlanlar arasında 5-ci, Əhməd Əhmədzadə isə 5 xalla 21-ci yerin sahibidir. Eyni yaşadək qızların mübarizəsində həmyerlilərimizdən ən yaxşı nəticəni Gövhər Beydullayeva göstərib. Beydullayeva liderlərdən yarım xal az toplayaraq 5.5 xalla 6-ci pillədədir. 18 yaşadək qızlar arasında Aytən Əmrayeva 4.5 xal toplayaraq 14-19-cu yerləri bölüşdürərək əlavə göstəricilərə görə 17-ci yerdədir.

Qeyd edəki,çempionat isveçrə sistemi ilə 11 turdan ibarət keçirilir.

Xəbər 590 dəfə oxundu.