Paralimpiyaçılar Dünya çempionatından 6 medal və 4 lisenziya ilə geri döndülər
Qətərin­ paytaxtı ­Dohada­ keçirilən atletika üzrə Dünya çempionat­ından idmançılarımız vətənə geri döndülə­r. H.Əliyev adına beynəlxalq hava limanı­nda idmançılarımızı Komitə nümayəndələr­i və azarkeşlər coşquyla qarşıladılar. Ö­lkəmizi təmsil edən paralimpiyaçılar Dün­ya çempionatından ümumilikdə 6 medal və ­2016-ci ildə Rio-de-Janeyroda­ ­keçiriləcək paralimpiya oyunlarına 4 li­senziya ilə geri döndülər. ­

İradə Əliyeva nizə atma idman növündə qı­zıl (Dünya rekordçusu birbaşa lisenziya­)
Kamil Əliyev uzunluğa tullanma idman növ­ündə qızıl (birbaşa lisenziya)
Elena Çebanu 100 m qaçışda gümüş (birbaş­a lisenziya)
Elçin Muradov-gümüş (birbaşa lisenziya)­
Elena Çebanu 200 m qaçışda bürünc­
Samir Nəbiyev disk atma idman növündə bü­rünc medallara sahib olublar.

Beləliklə Milli Paralimpiya Komitəsi ­2016-ci ildə ­Rio-de-Janeyroda­ ­keçiriləcək paralimpiya oyunlarına 11 li­senziya qazanmışdır.

Xəbər 867 dəfə oxundu.