Topaz Premyer Liqası, “Qarabağ” növbəti qələbəsini qazandı
Topaz Premyer Liqasının XI turunda “Qarabağ” AZAL-ı 2-0 hesabı ilə məğlub edib, xal ehtiyatını zənginləşdirdi.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Oyun bir daha göstərdi ki, hər bir komanda çətin rəqibdir. Bütün komandalar təhlükəlidir. Odur ki, götürülən xallar böyük bir addımdır. Bütün bunları futbolçular dərk eləməlidirlər və hər bir oyunda maksimum mübarizə aparmalıdırlar. AZAL da bu gün bizə rahat futbol oynamağa imkan vermədi. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşləri təbrik edirəm. Eyni zamanda, ilk qolunu vuran Raydell Puponu təbrik etmək istərdim. İnşallah, Raydell bundan sonra da hər oyun qol vurar, amma bunun çətin olduğunu bilirik. Lakin çox çalışan Pupon bunu haqq edir”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qarabağ”la oyundan öncə futbolçularda həyəcan hiss edirdim. “Qarabağ”ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim. Məğlubiyyətə görə səhv məndədir. Hər halda, vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. “Qarabağ”ı təbrik edirəm. Biz isə “Kəpəz”lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi”.

Xəbər 797 dəfə oxundu.