Kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib
Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatına start verilib.

Çempionatın birinci turunda AZTOP komandası “Araz”a 65:50, “Baku Oilers” klubu NTD-yə 65:52, “Bakı” BDU-ya 105:49, “Dərviş” kollektivi isə “Sıçrayış”a 69:59 hesabı ilə qalib gəlib.

Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.

Xəbər 882 dəfə oxundu.