Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının püşkü atılıb | |
Azərbaycanın və Gürcüstanın 2017-ci ildə birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının oktyabrın 31-də püşkü atılıb. Oktyabrın 31-də Lüksemburqda Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub. Meydan sahibi olan Azərbaycan və Gürcüstan, həmçinin Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya yığmalarının vəsiqə qazandığı final mərhələsindəki digər 9 yer uğrunda 29 komanda mübarizə aparacaq. Onlardan səkkizi gələn il mayın 19-22-də birinci seçmə mərhələdə çıxış edəcək. Bu mərhələdə iki qrup qalibi və ən yaxşı ikinci yerin sahibi növbəti raunda adlayacaq. |
|
Xəbər 657 dəfə oxundu. |
|
|