“Azəryol”–“Tarqoviste” voleybol oyununun tarixi müəyyənləşib
Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizə aparan Bakının “Azəryol” klubunun keçirəcəyi növbəti oyununun vaxtı müəyyənləşib.

Turnirə onaltıdabir final mərhələsindən qoşulan təmsilçimiz cavab oyununu noyabrın 10-da Azərbaycan Voleybol Mərkəzində Rumıniyanın “Tarqoviste” komandasına qarşı keçirəcək. Görüş saat 18:00-da başlanacaq.

Komandalar arasında Rumıniyada təşkil olunan ilk oyunda “Azəryol” rəqibinə 0:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər 835 dəfə oxundu.