“İnter”-“Zirə” oyunu qolsuz heç-heçə ilə başa çatıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start verilib.

Turun açılış matçında “İnter” komandası “Zirə”ni qəbil edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Meydan sahibləri üstün olduqları oyunda bir neçə dəfə fərqlənmək imkanı əldə etsələr də bundan yararlana bilməyiblər. Matçda hesab açılmayıb və komandalar meydandan sülhlə ayrılıblar - 0:0.

Bu oyundan sonra “İnter” 19 xalla üçüncü sırada, “Zirə” isə 18 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər 659 dəfə oxundu.