Məhəmməd Muradlı dünya birinciliyində uğurla çıxış edir
Yunanıstanın Xalkidiki şəhərində 8 yaşdan 18 yaşadək oğlanlar və qızlar arasında klassik şahmat üzrə dünya birinciliyi keçirilir. Yarışlarda 92 ölkədən 1594 şahmatçı, o cümlədən 15 Azərbaycan şahmatçısı iştirak edir.

Beş turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni ustalığa namizəd Məhəmməd Muradlı göstərir. O, 12 yaşadək şahmatçılar arasında açıq çempionatda 4,5 xal toplayıb. Bu altqrupda özbəkistanlı FIDE ustası Nodirbek Abdusattarov 5 xalla liderlik edir. Gövhər Beydullayeva, Xanım Balacayeva və Read Səmədov 4 xal, Ayan Allahverdiyeva və Səmra Qasımova 3,5 xal toplayıblar.

Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarətdir.

Xəbər 621 dəfə oxundu.