Azərbaycanın 7 kikboksçusu dünya çempionatının yarımfinalına yüksəlib
Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatında iştirak edən Azərbaycan milli komandasının 7 üzvü yarımfinala yüksəlib.

Idmançılarımızdan Çingiz Əhmədzadə (51 kq, loukik), Anar Məmmədov (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik), Elşad Ələsgərov (75 kq, K-1), Zöhrab Əzimov (60 kq, loukik), Ramal Aslanov (71 kq, loukik) və Ehram Məcidov (94 kq, Kik layf) dörddəbir finalda görüşləri qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıblar.

AZƏRTAC



Xəbər 810 dəfə oxundu.