Azərbaycanın mini futbol üzrə yığmasının oyunlarının təqvimi
Azərbaycanın mini futbol üzrə yığmasının 2016-cı il Dünya çempionatına əsas seçim mərhələsində oyunların təqvimi müəyyən edilib.

Azərbaycan komandası ikinci qrupda Xorvatiya, Belarus və İsveçin milli komandaları ilə birlikdə çıxış edəcək. Bütün matçlar Xorvatiyanın Osiek şəhərində dekabrın 10-dan 13-dək keçiriləcək.

Əsas seçim mərhələsi iştirakçılarının tam siyahısı belədir:

I qrup: Ukrayna, Macarıstan, Belçika, İngiltərə.

II qrup: Xorvatiya, Azərbaycan, Belarus, İsveç.

III qrup: Rusiya, Serbiya, Türkiyə, Finlandiya.

IV qrup: İspaniya, Niderland, Bosniya və Herseqovina, Latviya.

V qrup: Çexiya, Sloveniya, Qazaxıstan, Fransa.

VI qrup: Portuqaliya, Rumıniya, Polşa, Norveç.

VII qrup: İtaliya, Slovakiya, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Moldova

Əsas mərhələnin yekunlarına görə hər kvartetin iki ən yaxşı komandası həlledici matça (birinci yerlər ikinci yerlərə qarşı oynayacaq, cütlüklər püşkatma əsasında 2016-cı il fevralın 12-də müəyyən ediləcək) vəsiqə qazanacaq. Oyunlar gələn il martın 22-də və aprelin 12-də olacaq və final mərhələnin yeddi iştirakçısını müəyyən edəcək.

Mini futbol üzrə Dünya çempionatı 2016-cı ildə Kolumbiyada sentyabrın 14-dən oktyabrın 2-dək keçiriləcək.

Xəbər 792 dəfə oxundu.