UEFA “Barselona”nı Kataloniya bayrağına görə cərimələyib
“Barselona” futbol komandası fanatlarının xətrinə dəyməmək üçün UEFA-nın tələbinə əməl etmək istəmir.

Söhbət azarkeşlər tərəfindən tribunalarda Kataloniyanın müstəqilliyini tərənnüm edən rəmzi bayraqların nümayiş etdirilməsindən gedir. Çempionlar Liqası çərçivəsində “Bayer” Leverkuzenlə oyun zamanı fanatlar analoji addım atdıqları üçün UEFA ispan klubunu 40 min avro cərimələyib.

Məlum olub ki, kataloniyalı azarkeşlər Çempionlar Liqasında “Bate” klubu ilə keçiriləcək növbəti ev oyununa da tribunalara bu bayraqlarla çıxacaqlar.

İdman ekspertlərinin fikrincə, bu cür davam edərsə, Kataloniya klubu UEFA tərəfindən yeni maliyyə sanksiyalarına məruz qalmaqla yanaşı, “Nou Kamp”da oyun keçirməkdən də məhrum oluna bilər.

Xəbər 679 dəfə oxundu.