Cəzalandırılan baş hakim Azərbaycan premyer liqasına geri qaytarılıb | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun hakim təyinatları açıqlanıb. Sabiq FİFA referisi Fariz Yusifovun cəzası 4 tur davam edib. VI turun "Qarabağ" - "Neftçi" matçında qonaqların qapısına təyin etdiyi mübahisəli penalti səbəbindən məcburi istirahətə göndərilmiş Yusifova bu dəfə "İnter" - "Zirə" matçı həvalə olunub. Hazırkı FİFA referilərinə gəldikdə, Əliyar Ağayev "Qəbələ" - "Kəpəz", Orxan Məmmədov "Rəvan" - "Xəzər Lənkəran" matçına təyinat alıb. Daha bir beynəlxalq dərəcəli baş hakim Rəhim Həsənov "Qarabağ" - AZAL oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək. 31 oktyabr (şənbə) 16:00. “İnter” (Bakı) – “Zirə” (Bakı) Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Hakim-inspektor: Məhəmməd Məmmədov Bakı, “İnter Arena” 18:00. “Qəbələ” – “Kəpəz” (Gəncə) Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov AFFA nümayəndəsi: Ramiz Abdullayev Hakim-inspektor: Murad Məmmədov Qəbələ şəhər stadionu 19:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı) Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov AFFA nümayəndəsi: Mübariz Hüseynov Hakim-inspektor: Kərim Ağayev Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu 2 noyabr (bazar ertəsi) 19:00. “Sumqayıt” – “Neftçi” (Bakı) Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev AFFA nümayəndəsi: Maşallah Əhmədov Hakim-inspektor: Əli Hüseynov Sumqayıt, “Kapital Bank Arena” 21:00. “Rəvan” (Bakı) – “Xəzər Lənkəran” Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Rövşən Əhmədov Bakı, “Bayıl Arena”. |
|
Xəbər 729 dəfə oxundu. |
|
|