Azərbaycan triatlonçusu “Rio-2016”ya lisenziya qazanmağa yaxındır
Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni Olimpiya reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 26-cı pillədə qərarlaşıb. İdmançımızın hesabında 2958,07 xal var.

Reytinq cədvəlində ilk 55 pillədə qərarlaşan idmançılar “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Bunu nəzərə alaraq idmançımız lisenziya qazanmağı yaxındır.

Reytinq cədvəlinə 11193 xalla ispaniyalı Xavyer Qomes liderlik edir.

Xəbər 803 dəfə oxundu.