UEFA "Lokomotiv"i cəzalandırdı
UEFA İntizam Komitəsi Moskva "Lokomotiv"ini cəzalandırıb.

Komandanın futbolçusu Vedran Çorlukaya 4 oyunluq cərimə kəsilib.

Buna xorvatiyalı futbolçunun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Beşiktaş"la görüşdəki davranışı səbəb olub. O, 69-cu dəqiqədə rəqib futbolçu ilə mübahisə zamanı idmançıya yaraşmayan hərəkətə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Cəza səbəbindən Çorluka Avropa Liqasının qrup mərhələsinin qalan 3 oyununda və pley-off mərhələsinin ilk görüşündə iştirak edə bilməyəcək. Eyni zamanda "Lokomotiv" klubu 12 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, "Lokomotiv" - "Beşiktaş" oyunu 1:1 hesabı ilə başa çatıb.

Xəbər 652 dəfə oxundu.