18 yaşadək yeniyetmələr arasında Dünya çempionatı davam edir
Halkidikidə keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə Dünya Çempionatında 5-ci turun oyunları yekunlaşıb.

5-ci turda 8 yaşadək qızların çempionatında mübarizə aparan təmsilçimiz Səmra Qasımova Hindistan təmsilçisi Shri Savithaya məğlub olaraq 3.5 xalla 10-cu yerdə qərarlaşıb. Eyni yaş oğlanların yarışında Read Səmədov Polşa şahmatçısı Bartosz Fiszerlə sülh bağlayıb və 4 xalla 7-ci pilləyə yuksəlib. Gövhər Beydullayeva isə 12 yaşadək qızlar arasında 4 xal toplayaraq 5-14-cü yerləri bölüşdürərək əlavə göstəricilərə görə 7-ci yerdədir.

12 yaşadək oğlanlar arasında həmyerlimiz Məhəmməd Muradlı 4.5 xal toplayaraq 3-cü pillədədir. 16 yaşlı qızların çempionatında mübarizə aparan Xanım Balacayeva 4-15-ci yerləri bölüşdürür. Aytən Əmrayeva isə 3 xalla 17-ci pillədə qərarlaşıb.

Çempionat isveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir.

Xəbər 641 dəfə oxundu.