Millimizin heyəti açıqlandı
Noyabrın 2-dən etibarən Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Toplanışa dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb.

Baş məşqçi Nazim Süleymanov 24 oyunçuya dəvət göndərib. Onların sırasında əsas millinin də üzvü olan Elnur Cəfərov, həmçinin İspaniyanın “Malaqa” klubunun üzvü Qara Qarayev də var.

Siyahını sizə təqdim edirik: Sərtan Taşkın (“İnter”), Rəsul Babazadə (“Neftçi”), Elnur Orucov, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Ayxan Əsədov, Emin Zamanov, Roman Hüseynov (hamısı “Qəbələ”), Elnur Cəfərov (“Xəzər Lənkəran”), Anar Həsənov, Elçin İsmayılov (hər ikisi “Rəvan”), Xəyal Nəcəfov, Emil Həsənzadə (hər ikisi “Sumqayıt”), Mahir Mədətov, Eltun Turabov (hər ikisi “Qarabağ”), Əli Səmədov (“Kəpəz”), Samir Musayev (“Ağsu”), Ağaseyid Qasımov, Fərid Kərimzadə (hər ikisi MOİK), İsmayıl İbrahimli (AZAL), Qara Qarayev (“Malaqa”, İspaniya), Kazım Birkan (“Stabek”, Norveç), Tolqa Şahin (“Kayzerslautern”, Almaniya), Elgün Uluxanov (“Krasnodar”, Rusiya)

Xəbər 689 dəfə oxundu.