AFFA UEFA-nın Azərbaycan klubları üçün ayırdığı pulu onların hesabına köçürüb
2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb. UEFA “Qarabağ”a 950 min avro, “Qəbələ”yə 630 min avro, “Neftçi” 200 min avro, “İnter”ə 630 min avro ayırıb.

UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.

AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.

Xəbər 654 dəfə oxundu.