Finala bərabər oyun: rəqib nə düşünür
Bu gün «Arena Zaqreb»də Azərbacan futzal millisi qitə çempionatında tarixində ikinci dəfə iştirak etdiyi final mərhələsinin ən vacib oyununa çıxacaq. İdman.com.az saytının məlumatına görə, saat 23:30-da başlayacaq Serbiya ilə matçda Azərbaycan yığma komandasına yalnız qələbə lazımdır. Heç-heçə təqdirində futzalçılarımız portuqalların serblər üzərində 3:0 və ya 3 topdan artıq qələbəsinə bel bağlamalı olacaqlar.

Oyun ərəsində hər iki komanda döyüşkən ovqata köklənmək əzmindədir. Serblərin kapitanı Boyan Paviçeviçin sözəlri isə bu görüşün əsl xarakterini açır: «Azərbaycanla oyun finala bərabər olacaq. Bu həlledici oyuna da elə buna müvafiq olaraq hazırlaşmalıyıq. Çox güclü heyəti var. Amma onları üstələmək iqtidarındayıq».

Rəqibin sükançısı Asa Kovaçeviç isə deyir: «Komandamız üçün bu ardıcıl üçüncü qitə çempionatıdır. Çox ağır və bərabər bir qrupda yer almışıq. Azərbaycanla görüş ən vacib oyuqnumuz olacaq, çünki qələbə təqdirində birbaşa dörddəbir finala adlayacağıq».

Xəbər 1011 dəfə oxundu.