Qəbələnin rəqibi Rusiya kubokunun 1/4 finalına yüksəldi
Rusiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Krasnodar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Anji" ilə qarşılaşıb. Matç 3:1 hesabıyla "Qəbələ"nin rəqibinin xeyrinə başa çatıb.

Bu nəticə sayəsində "Krasnodar" adını 1/4 finala yazdırıb.

Xəbər 713 dəfə oxundu.