“ASAN xidmət” könüllülərinə ekstremal idman növləri haqqında məlumat veriləcək
Noyabrın 1-də “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təqdimatı olacaq.

Təqdimatda Federasiyanın fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar, FAİREX-in nəzdindəki klubların məşğul olduğu ekstremal idman növləri haqqında ətraflı məlumat veriləcək.

Diqqətə çatdırılıb ki, İctimai Birliyin ekstremal idman növləri ilə məşğul olmaq istəyən üzvləri “ASAN xidmət” könüllülərinin “Ekstrim klubu”na üzv olaraq FAİREX-in yarışlarında iştirak edə bilərlər.

Xəbər 615 dəfə oxundu.