“Telekom” voleybol komandası Çempionlar Liqasında ilk oyununu keçirəcək
Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası oktyabrın 29-da Çempionlar Liqasında ilk oyununu keçirəcək.

Turnirin “E” qrupunda mübarizə aparan “Telekom” “Sərhədçi” İdman Olimpiya Mərkəzində Polşanın “İmpel” komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası yarışlarının “E” qrupunda bu iki komanda ilə yanaşı, “Fənərbağça” (Türkiyə) və “Drezdner” (Almaniya) kollektivləri də mübarizə aparır.

Xəbər 687 dəfə oxundu.