Azərbaycan klubları qadın futbol komandaları yaratmalıdır
Bu gün "Boulevard Hotel Baku" otelində AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqada çıxış edən klubların hər birinin nümayəndəsinin iştirakı ilə baş tutan tədbirə AFFA rəsmiləri də qatılıb.

İclasda legionerlərə qoyulan limit, onlara görə üzvlük haqqının ödənilməsi, teleyayımın keyfiyyəti və bir sıra başqa məsələlər müzakirə olunub.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov iclasda Premyer Liqa klublarının qarşısında qadın futbol komandalarının yaradılması məsələsini qaldırıb. Çünki bu, UEFA-nın lisenziyalaşdırma komitəsinin əsas tələblərindən biridir.

Xəbər 931 dəfə oxundu.