Didye Droqba ABŞ-ın MLS liqasının ən yaxşı futbolçusu seçilib
"Montreal İmpakt" klubunun futbolçusu Didye Droqba növbəti dəfə ABŞ-ın MLS liqasının ən yaxşı futbolçusu seçilib.

37 yaşlı hücumçu oktyabr ayının ən yaxşı futbolçusu adına layiq görürülüb. Bu ay 5 matçda 4 qol vuran D.Droqba azarkeşlər arasında keçirilən sorğuda səslərin 55.25 faizi toplayıb.

Qeyd edək ki, D.Droqba indiyə kimi MLS liqasında oynadığı 11 oyunda 11 qol vurub.

Xatırladaq ki, D.Droqba sentyabr ayının da ən yaxşı futbolçusu seçilmişdi.

Xəbər 799 dəfə oxundu.