Bakıda Bakcell şirtkətinin dəstəyi ilə Red Bull Winning 5 unikal futbol turnirinin milli finalı keçiriləcək
1 noyabrda "Bayıl Arenada" 16 komanda əsas mükafat uğrunda mübarizə aparacaq.
Oktyabrın 14-dən 25-ə qədər ölkənin bütün regionlarında seçim turları keçirilib və bunların nəticəsində milli finala 16 komanda seçilib. Seçim turları növbəti şəhərlərdə keçib: Quba, Şəki, Gəncə, Lənkəran, Sumqayıt, Bakı.

Bakıda seçmə mərhələsində 105 komanda iştirak etdi və bu başqa şəhərlərlə müqayisədə tam redkorddur, lakin tək 6 komanda finala keçid aldı. Qalan hər şəhərdən öz regionu üzrə ən güclü 2 komanda finala vəsiqə qazandı. Nəticədə 16 komanda yarışın əsas mükafatı – 2016-cı ildə dünya finalına səfəri üçün mübarizə aparacaq.

Finalçı komandalar: "Premyer Quba" (Quba), "Qusar-1" (Qusar), "Gənclik" (Şəki), "Zaqatala Qafqaz" (Zaqatala), "ADAU" (Gəncə), "Legenda" (Gəncə), "Xəzər Lənkəran" (Lənkəran), "Dalğa" (Lənkəran), "Second Street Bulls" (Sumqayıt), "Mehtiabad" (Mehtiabad), "Yasamal" (Bakı), "Qafqaz Universiteti" (Bakı), "Qachqın City" (Bakı), "De Fakto" (Bakı), "Baku FK" (Bakı), "UNEC" (Bakı).

Turniri unikal edən onun konsepsiyasıdır, harada ki, hər komandada beş oyunçu olur, matç qapıçılarsız keçir və əks komandanın qapılarına vurulmuş hər qol, həmin komandanın bir oyunçusunu meydançadan uzaqlaşdırır.

Çempionatın xüsusi qonağı, dünyada ən yaxşı futbolçu-fristayler – Sian Qarnyer (Sean Garnier). 31 yaşlı fransız idmançı, dünyada ən yaxşı sərbəst üslublu futbolçu kimi tanınmışdır; o Fransanın üçqat çempionu və ikiqat dünya çempionudur, onun fristayl futbolu, fristayl basketbolu və bir neçə küçə idman növlərini birləşdirən "Street Style Society" adlı komandası var.

Sianın "Sean vs (versus)" layihəsində o, Neymarla, Zidanla, Ronaldo, Droqda və başqa əfsanəvi idmaçılarla yarışır. Bunlarla birgə çəkilən videolar youtube-da baxışlar üzrə bütün rekordları qırır. Sian üçüncü dəfədir ki, Bakıya gələcək, onun əvvəlki səfərləri Avropa Oyunları çərçivəsində oldu.

Oyunun qaydaları:

İki komanda, beş beşə (5x5), qapıçılarsız, 2x1 metr ölçülü qapılarla, 14x27 metr ölçülü meydançada oynayırlar. Matç 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandasından bir oyunçunu uzaqlaşdırır. Oyun, komandalardan birinin son oyunçusunun uzaqlaşdırılmasına, və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçuların sayı ən çox qaldığı komanda qalib gəlir. Oyunçuların yaş məhdudiyyəti: 16-24 yaş.

Red Bull Winning 5 – ənənəvi qaydalarından fərqlənən qaydaları ilə kəçirilən, bütün dünyada futbolun həvəskarları tərəfindən sevilən futbol çempionatıdır. Azərbaycanda turnir ikinci dəfə keçirilir və 2013-cü ildən fərqli olaraq, bütün ölkəni əhatə edir. Bu il keçirilən çempionatın əsas tərəfdaşı, yerli futbolun inkişafında fəal iştirak edən Bakcell şirkətidir.

Çempionat Gənclər və İdman Nazirliyinin, Bakcell şirkətinin və Cahan Holding-in dəstəyi ilə keçirilir.

Xəbər 967 dəfə oxundu.