“Barselona” klubu Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir
İspaniyanın “Barselona” futbol klubu Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.

Kataloniya təmsilçisi 28 yaşlı futbolçunun karyerasını məhz “Barselona”da başa vurmasına çalışır.

Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ildə başa çatacaq. Futbolçunu transfer etmək istəyən komanda bunun üçün Kataloniya təmsilçisinə 250 milyon avro vəsait ödəməlidir.

Hazırda forvardın illik qazancı 20 milyon avrodur. O, bundan əlavə, ildə 4-5 milyon avro məbləğində müxtəlif bonuslar əldə edir.

“Barselona” rəhbərliyi digər ulduz futbolçu Neymar ilə də müqavilənin müddətini uzatmağa çalışır.

Xəbər 725 dəfə oxundu.