"Hünər meydanı" Respublika turnirində ilk gün
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri start götürüb.

İlk yarış günündə respublikanın bütün rayon və şəhərlərindən 172 sərbəst güləşçi 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində mübarizə aparır.

Turnir İdman Azərbaycan kanalından canlı yayımlanır. Final görüşləri saat 17:00-da başlayacaq.

Xəbər 668 dəfə oxundu.